Azərbaycanda şənbə günü 710 nəfər koronavirusa yoluxub

Source: Meydan TV

“13 xəstə vəfat edib”

Yanvarın 15-də Azərbaycanda 710 adam COVID-19 infeksiyasına yoluxub, 260 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 13 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 624 min 918 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 608 min 145 nəfər müalicə olunaraq sağalıb, 8 min 510 pasiyent ölüb. Aktiv xəstə sayı 8 min 263 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 150, bu günə qədər isə 5 milyon 997 min 160 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda şənbə günü 710 nəfər koronavirusa yoluxub