Azərbaycanda şənbə günü 501 nəfər koronavirusa yoluxub

Foto: Meydan TV

“15 xəstə vəfat edib”

Dekabrın 25-də Azərbaycanda 501 adam COVID-19 infeksiyasına yoluxub, 1092 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 15 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 614 min 119 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 593 min 920 nəfər müalicə olunaraq sağalıb, 8 min 284 pasiyent ölüb. Aktiv xəstə sayı 11 min 915 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 887, bu günə qədər isə 5 milyon 808 min 380 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda şənbə günü 501 nəfər koronavirusa yoluxub