Azərbaycanda şənbə günü 29 xəstə koronavirusdan vəfat edib

Foto: Meydan.TV

“5948 nəfər COVID-19 infeksiyasına yoluxub”

Fevralın 12-də Azərbaycanda 5948 adam COVID-19 infeksiyasına yoluxub, 7060 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 29 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 738 min 328 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 679 min 316 nəfər müalicə olunaraq sağalıb, 9 min 27 pasiyent ölüb. Aktiv xəstə sayı 49 min 985 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 844, bu günə qədər isə 6 milyon 372 min 838 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda şənbə günü 29 xəstə koronavirusdan vəfat edib