“Azərbaycanda seçki yox, sülalə var” fikrinə görə Türkiyə telekanalı cəzalandırıldı

Müzakirələr zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini də qınayıblar.

Source: Specify Source


Levent Gültəkin Azərbaycan haqqında deyib: “Pulun içində üzürlər, amma bu günə qədər normal dövlət qura bilməyiblər”

Türkiyə “Halk TV” telekanalı efirində Azərbaycan və ölkənin siyasi rəhbərliyi barədə səslənən fikirlərə görə cəzalandırılıb. Türkiyədə Radio və Televiziya Üst Qurumu oktyabrın 7-də bu barədə qərar çıxarıb. Qurumun üzvləri səslənən fikirləri böhtan, aşağılayıcı ifadələr kimi qiymətləndirib və “Halk TV”yə qarşı cərimə cəzası çıxarılıb.

Cəzaya səbəb olan fikirlər telekanalda yayımlanan “İki baxış, iki yorum” proqramında səsləndirilib. “Halk TV”dəki proqrama qatılan jurnalist Levent Gültekin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini şərh edərkən həmin fikirləri səsləndirib.

“Azərbaycan gerçəkdən dövlətdirmi? Bir sülalə var. Demokratiya yox, hüquq yox, seçki yox. Avtoritar idarəetmə var. Pulun içində üzürlər, amma bu günə qədər normal dövlət qura bilməyiblər. 30 ildir torpaqları işğal olunub…”, – Levent Gültekinin bu fikirlərinə görə telekanal cəzalandırılıb.

Radio və Televiziya Üst Qurumunun bütün üzvləri toplantıda “Halk TV” ilə bağlı məsələni müzakirə edərkən səslənən fikirlərin qəbuledilməz olduğunu bildiriblər.

Müzakirələr zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini də qınayıblar.

Ana səhifəSiyasət“Azərbaycanda seçki yox, sülalə var” fikrinə görə Türkiyə telekanalı cəzalandırıldı