Azərbaycanda saytların bloklanması davam edir

Bir sıra beynəlxalq təşkilatlar bəyanatla çıxış edərək bu saytların bloklanmasında Azərbaycan hakimiyyətini ittiham ediblər

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Bir sıra beynəlxalq təşkilatlar bəyanatla çıxış edərək bu saytların bloklanmasında Azərbaycan hakimiyyətini ittiham ediblər

Azərbaycan ərazisində “Amerikanın səsi”, “Azadlıq” radiolarının, həmçinin digər müxalifət saytlarının bloklanması davam edir. Məhdudiyyət gah aradan qaldırılır, gah da yenidən tətbiq edilir və bununla da oxuculara problem yaradılır.

“Turan” yazır ki, dekabrın 15-də ölkənin aparıcı müxalifət qəzeti “Azadlıq”ı bloklamağa başlayıblar.

“Bu “gizlənpaç oyunları” birinci həftə deyil ki, “oynanılır”. Sözügedən saytların bloklanması ölkənin ali rəhbərliyi haqda tənqidi materiallar yayıldıqdan dərhal sonra baş verir”-deyə Turan İA yazır. .

Xəbərdə bildirilib ki, Rabitə Nazirliyi Azərbaycanın hüdudlarından kənarda bu saytlara giriş sərbəst olduğu halda burada onların kim və ya nə tərəfindən və nəyə görə bloklanmasının səbəblərini ya izah edə bilmir və ya izah etməyi lazım bilmir.

Bir sıra beynəlxalq təşkilatlar bəyanatla çıxış edərək bu saytların bloklanmasında Azərbaycan hakimiyyətini ittiham ediblər.

Ana səhifəXəbərlərAzərbaycanda saytların bloklanması davam edir