Mənbə: Meydan.TV

Azərbaycanda qurban bayramı fotolarla

Məqalə yeniləndi:  13 Avqust 2019

Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində və ölkənin digər məscidlərdə qılınıb.

Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Bayramın qaydalarına görə hamıya bərabər pay verilməli, kasıblar ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunmalıdırlar.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayılın özü də qurban olmağa razılaşır. Lakin Tanrının qoç göndərməsi İsmayılı xilas edir.

1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Azərbaycanda qurban bayramı fotolarla

Mənbə: Meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/doxy9t

Ən çox baxılan