Azərbaycanda qadınların cəmi 14 faizinin İnternetə çıxışı var

Rəsmi məlumatlarda Azərbaycanda əhalinin 70 faizinin İnternetə çıxışı olduğu bildirilir

Source:


Rəsmi məlumatlarda Azərbaycanda əhalinin 70 faizinin İnternetə çıxışı olduğu bildirilir

ABŞ Konqresinin xarici əlaqələr komitəsində inkişaf etməkdə olan ölkələrdə qadınların İnternetə çıxışı haqqında dinləmələr keçirilib.

Konqresmen Eliot Engel bu mövzuda məruzəsində deyib ki, bu ölkələrdə qadınların İnternetə çıxışı kişilərdən 23 faiz aşağıdır.

Cənubi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrində bu göstərici 35 faiz, Cənubi Saxarada 45 faiz təşkil edir.

Hindistan və Misirdə hər beş qadından biri İnternetə çıxışı olmadığını bildirib, xəbəri “Turan İA”-ın müxbiri verib.

“Azərbaycanda qadınların cəmi 14 faizi İnternetdən istifadə edir, bir halda ki, kişilərin 70 faizinin İnternetə çıxışı var”, deyən Engel bu məlumatların mənbəyini göstərməyib.

Bu vəziyyət iqtisadi inkişafı ləngidir, Engel belə hsab edir. Qadınların fəal və tamdəyərli rol oynadığı yerlərdə iqtisadi inkişaf daha sürətli gedir, təhsil və tibb səviyyəsi yaxşılaşır, yeni texnologiya növləri tətbiq edilir, deyə o bildirib.

Rəsmi məlumatlara görə, Azərbaycanda əhalinin 70 faizinin İnternetə çıxışı var.

Ana səhifəXəbərlərAzərbaycanda qadınların cəmi 14 faizinin İnternetə çıxışı var