Azərbaycanda qadınlar arasında sonsuzluq artıb

Sonsuzluqdan əziyyət çəkən qadınların göstəricisi 2014-cü ildə 2 300-dən az olub

Source:
Dövlət Statistika Komitəsi foto sosial şəbəkə
Dövlət Statistika Komitəsi foto sosial şəbəkə


Sonsuzluqdan əziyyət çəkən qadınların göstəricisi 2014-cü ildə 2 300-dən az olub

Azərbaycanda qadınların hər 100 minindən 4-ü sonsuzdur.

Report.az Dövlət Statistika Komitəsinə istinadən yazır ki, 2015-ci ildə ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan pasiyentlər arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı 2 300-dən çox olub. Bu da ölkə üzrə qadınların hər 100 minində 48,4 nəfər deməkdir.

Sonsuzluqdan əziyyət çəkən qadınların göstəricisi 2014-cü ildə 2 300-dən az olub. Son bir ildə 18 nəfər qadında sonsuzluq diaqnozu qoyulub.

Qadınlar arasında bədxassəli yenitörəmələrlə bağlı da artım müşahidə olunub. Belə ki, ötən il bu xəstəlikdən 5 mindən çox, (2014-cü ildə 4 930 nəfər) qadın əziyyət çəkib.

Statistika 15-49 yaş arası qadınlara görə hesablanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə son üç ildə 15 000 nikah sonsuzluq səbəbindən pozulub.

Ana səhifəXəbərlərAzərbaycanda qadınlar arasında sonsuzluq artıb