Azərbaycanda pulsuz veriləcək məzar yerləri olacaq

”Layihədə aztəminatlı ailələrdən başqa şəhidlərin, müharibə qəhrəmanlarının, milli qəhrəmanların, Əfqanıstan veteranlarının, Qarabağ müharibəsi veteranlarının ailələrinə qəbir yerlərinin pulsuz verilməsi nəzərdə tutulub”

Source:


”Layihədə aztəminatlı ailələrdən başqa şəhidlərin, müharibə qəhrəmanlarının, milli qəhrəmanların, Əfqanıstan veteranlarının, Qarabağ müharibəsi veteranlarının ailələrinə qəbir yerlərinin pulsuz verilməsi nəzərdə tutulub”

“Bakı şəhərində qəbir yerlərinin standart qiymətləri müəyyənləşdirilib. Təklif olunan yeni layihəyə əsasən, paytaxt ərazisində qəbir yerlərinin qiyməti minimum əmək haqqının iki misli miqdarında olacaq. Həmin məbləğdən yuxarı olması mümkün deyil”.

Bu barədə ANS PRESS-ə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov danışıb.

Deputatın sözlərinə görə, bununla bağlı qanun layihəsi artıq hazırlanıb və icrası üçün ayrı-ayrı strukturlarla razılaşdırılma aparılır: “Razılaşdırılma aparılmasına səbəb bu qanun layihəsində həm bələdiyyələrlə, həm tibb komitəsi və bir sıra başqa qurumlarla razılaşdırılacaq məsələlərin olmasıdır. Eyni zamanda Nazirlər Kabineti də məzar yerlərinin ayrılması üçün sərəncam verməlidir. “Qəbiristanlıqların yaradılması və idarə olunması haqqında qanun”a belə bir müddəanın əlavə edilməsinə səbəb vətəndaşlar arasında bərabərsizliyi aradan qaldırmaq məqsədi daşıyır”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

S.Novruzov deyir ki, yeni təklif edilən layihədə aztəminatlı ailələrin dünyasını dəyişən üzvləri üçün məzar yerlərinin yerli bələdiyyələr hesabına təmin edilməsi nəzərdə tutulub: “Bu layihədə aztəminatlı ailələrdən başqa şəhidlərin, müharibə qəhrəmanlarının, milli qəhrəmanların, Əfqanıstan veteranlarının, Qarabağ müharibəsi veteranlarının ailələrinə qəbir yerlərinin pulsuz verilməsi nəzərdə tutulub. Bu xərclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də qarşılana bilər. Bunun üçün isə Nazirlər Kabineti və Maliyyə Nazirliyi razılıq verməlidir”.

Azərbaycanda hazırlanan hazırki qanun layihəsi dünya dövlətlərinin əksəriyyətində artıq uzun müddətdir ki, tətbiq edilir. Məsələn, qonşu Türkiyədə məzar yerlərinin qiymətləri hər il əhalinin maddi rifah səviyyəsinə görə yenidən müəyyənləşdirilir.

Rusiyada isə 1996-cı ildə bu sahə ilə bağlı ayrıca qanun qəbul olunub. Qanunun müvafiq maddəsində dəfn yerləri və dəfn mərasiminin yerli idarəetmə orqanlarına tapşırılması öz əksini tapıb. Rusiya dövlətinin vətəndaşı üçün federasiya ərazisində məzar yerinin pulsuz ayrıldığı da qeyd olunur. Bu qanuna görə, tabut, cənazənin daşınması, dəfn mərasimi və bütün xidmətlərin haqqı, ölümün sənədləşməsi dövlət hesabına aparılır.

Ana səhifəXəbərlərAzərbaycanda pulsuz veriləcək məzar yerləri olacaq