Azərbaycanda ötən ay 11 nəfərin zəhərlənmədən öldüyü bildirilir

Kliniki Tibbi Mərkəzi. Foto: “aztibb.az”

KTM ümumilikdə 790 nəfərin zəhərləndiyini açıqlayıb

Martda Azərbaycanda 11 nəfərin zəhərləmədən öldüyü bildirilir.

Bu barədə Bakıda Kliniki Tibbi Mərkəzin (KTM) məlumatında deyilir.

Bildirilir ki, ötən ay onlara ümumilikdə zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib.

Onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:

Qəbul olan xəstələrdən 72-si dərmandan, 30-u sirkə turşusundan, 5-i dəm qazından, 10-u alkoqollu içkidən, 8-i qidadan (botulizm), 1-i göbələkdən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 8-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Onlardan 1-ni isə həşərat sancıb”.

Mərkəzin açıqlamasında bildirilir ki, zəhərlənən şəxslərin 58-i qadın, 49-u kişi, 32-si isə uşaq olub:

“Həkimlərin səylərinə baxmayaraq, 5-i sirkə turşusundan, 3-ü dərman zəhərlənməsindən, 1-i spirtli içkidən, 1-i dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Həyatını itirən şəxslərdən 9-u kişi, 2-si qadındır”.

Kliniki Tibbi Mərkəz daha öncəki açıqlamasında  fevralda zəhərlənmə ilə bağlı 739 müraciət aldığını bildirmişdi.

Onlardan 9 nəfərin vəfat etdiyini açıqlamışdı.

Ana səhifəSosialAzərbaycanda ötən ay 11 nəfərin zəhərlənmədən öldüyü bildirilir