Azərbaycanda “omicron” ştamıyla bağlı əhaliyə çağırış edildi

Foto: By Tomas Ragina/Shutterstock

Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB məlumat yaydı

Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bildirilir ki, COVİD-19 infeksiyasının mutasiyalarının nəticəsi olan “omicron” variantı dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur.

Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Cənubi Afrikada aşkarlanan “omicron” ştamına qısa müddətdə bir çox ölkədə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.

Foto: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

“Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub”, – məlumatda bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun “omicron” variantını daha təhlükəli hesab edir.

Ana səhifəSağlıqAzərbaycanda “omicron” ştamıyla bağlı əhaliyə çağırış edildi