Azərbaycanda Meydan TV-nin yayımı məhdudlaşdırılır

İzləyicilərimizə isə bu çətinlik və maneə davam edənə qədər proxy saytlardan və yaxud TOR proqramından istifadə etmələrini tövsiyə edirik.

Source:

Artiq 3-4 gündür Meydan TV-nin web səhifəsinə Azərbaycan sərhədləri içində demək olar ki, daxil olmaq mümkünsüzdür. Saytın texniki heyəti normalda heç bir problemin olmadığını qeyd etsə də, izləyicilərimiz və istifadəçilərimiz sayta girişin məhdudlaşdırıldığını bildirirlər. Onlar müdaxilənin birbaşa provayderlər vasitəsilə olduğunu vurğulayırlar.

Azərbaycan hakimiyyəti və ölkə başçısı İlham Əliyev özü dəfələrlə ölkədə mətbuatın, internetin azad olduğunu bildirsə də, görünür artıq bu müdaxilələrlə həmin azadlığı da qısıtlayırlar.Biz isə öz növbəmizdə hakimiyyəti ölkə başçısının dediklərinə və Azərbaycan qanunlarına əməl etməyə çağırırıq.

İzləyicilərimizə isə bu çətinlik və maneə davam edənə qədər proxy saytlardan və yaxud TOR proqramından istifadə etmələrini tövsiyə edirik.

Ana səhifəXəbərlərAzərbaycanda Meydan TV-nin yayımı məhdudlaşdırılır