Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda koronovirus: 331 yeni yoluxma

İndiyə qədər 46 min 295 nəfərin yeni koronavirusa yoluxduğu bildirilir

Oktyabrın 19-da Azərbaycanda 331 adam COVİD-19 infeksiyasına yoluxub, 4 xəstə ölüb, 107 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 46 min 295 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib.

"Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4521 nəfərdir", - məlumatda qeyd olunur.

O cümlədən, ötən müddətdə 1 milyon 232 min 636 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 4612-dir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gj81jv

Ən çox baxılan