Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 9 mini keçdi

Foto: Meydan TV

“Aktiv xəstə sayı 50 min 31 nəfərdir”

Fevralın 13-də Azərbaycanda 6841 adam COVID-19 infeksiyasına yoluxub, 6772 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 23 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 745 min 169 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 686 min 88 nəfər müalicə olunaraq sağalıb, 9 min 50 pasiyent ölüb. Aktiv xəstə sayı 50 min 31 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 387, bu günə qədər isə 6 milyon 390 min 225 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusdan vəfat edənlərin sayı 9 mini keçdi