“Bu gün 1530 adam COVID-19 infeksiyasına yoluxub”
Dekabrın 7-də Azərbaycanda 1530 adam COVID-19 infeksiyasına yoluxub, 1864 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 21 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 598 min 503 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu qeyd olunub:
“Onlardan 567 min 385 nəfər müalicə olunaraq sağalıb, 8 min 4 pasiyent ölüb. Aktiv xəstə sayı 23 min 114 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 863 , bu günə qədər isə 5 milyon 621 min 21 testin icra olunduğu göstərilib.