Azərbaycanda koronavirusa yoluxma sayı aşağı düşüb

Operativ qərargah son sutkada 8095, ötən müddətdə isə 627881 testin aparıldığını qeyd edib.

Source: Архив


İnfeksiyadan ölənlərin sayı 5 nəfərdir

İyulun 19-da Azərbaycanda 388 adam COVİD-19 infeksiyasına yoluxub, 517 nəfər müalicə olunaraq evə buraxılıb, 5 xəstə isə ölüb.

Son statistikaya əsasən, ilk dəfədir yoluxma sayı 400-dən aşağı düşüb. Ötən gün infeksiyaya yoluxma sayı 497 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda indiyə qədər 27521 nəfər koronavirus infeksiyasına yoluxduğu qeyd edilib:

“Onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 554 pasiyent ölüb. Hazırda 8200 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur”.

Operativ qərargah son sutkada 8095, ötən müddətdə isə 627881 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxma sayı aşağı düşüb