Azərbaycanda koronavirusa yoluxma sayı artıb

Eyni zamanda, ötən müddətdə 1 milyon 162 min 62 testin aparıldığı bildirilib

Source: Архив


İki nəfər xəstəlikdən həyatını itirib

Oktyabrın 9-da Azərbaycanda 215 adam COVİD-19 infeksiyasına yoluxub, 117 nəfər sağalıb, 2 xəstə ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu, ötən günlə müqayisədə 24 nəfər çoxdur. Oktyabrın 8-də koronavirusa yoluxma sayı 191 idi.

Operativ qərargah Azərbaycanda indiyə qədər 41 min 519 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 39 min 129 nəfər müalicə olunaraq sağalıb, 605 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1785 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 1 milyon 162 min 62 testin aparıldığı bildirilib: "Bugünkü test sayı isə 5124-dür".

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxma sayı artıb