Avqustun 9-da Azərbaycanda COVİD-19 infeksiyasına 87 adam yoluxub, 308 nəfər sağalıb, 2 pasiyent isə ölüb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib. Məlumata görə, indiyə qədər Azərbaycanda 33 min 568 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 30 min 364 nəfər müalicə olunaraq sağalıb, 490 pasiyent ölüb. Aktiv xəstə sayı 2714 nəfərdir.
Eyni zamanda, ötən müddətdə 785 min 126 test aparıldığı qeyd olunub:
“Bugünkü test sayı isə 5618-dir”.