Azərbaycanda: Koronavirusa yoluxma sayı 802 oldu

Operativ qərargah Azərbaycanda indiyə qədər ümumilikdə 221 min 401 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib

Source: Архив


Bir gündə ölənlərin sayı 31 nəfər olub

Yanvarın 5-də Azərbaycanda 802 adam COVID-19 infeksiyasına yoluxub, 2 min 479 nəfər sağalıb, 31 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında

deyilir

.

Yeni illə bağlı tətil günlərində koronavirusa yoluxma sayı 400 civarında göstərilirdi.

Operativ qərargah Azərbaycanda indiyə qədər ümumilikdə 221 min 401 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 199 min 213 nəfər sağalıb, 2 min 792 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 19 min 396 nəfərdir”.

Qərargah son sutkada ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 435, hazırkı dövrədək isə ümumilikdə 2 milyon 222 min 629 testin aparıldığını bildirib.

Ana səhifəSosialAzərbaycanda: Koronavirusa yoluxma sayı 802 oldu