3 xəstə həyatını itirib
Oktyabrın 18-də Azərbaycanda 647 adam COVID-19 infeksiyasına yoluxub, 134 nəfər müalicə olunaraq evə buraxılıb, 3 xəstə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunur.
Operativ qərargah Azərbaycanda indiyə qədər 44 min 964 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 40 min 037 nəfər müalicə olunaraq sağalıb, 626 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4 301 nəfərdir”.
Qərargah ötən müddətdə 1 milyon 228 min 024 test aparıldığını xatırladıb:
“Bugünkü test sayı isə 9 089-dür”.