Azərbaycanda koronavirusa yoluxma sayı 2192 olub

“Bugünkü test sayı isə 14912-dir”.

Source: Meydan TV


Test nəticələri müsbət çıxan 33 nəfər ölüb

Aprelin 10-da Azərbaycanda 2192 adam COVİD-19 infeksiyasına yoluxub, 1554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 283 min 579 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 249 min 13 nəfər müalicə olunaraq sağalıb, 3879 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 30687 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 5 min 197 testin aparıldığı qeyd olunub:

"Bugünkü test sayı isə 14912-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa yoluxma sayı 2192 olub