Azərbaycanda koronavirusa yoluxma sayı 1300-ü keçib

18 nəfər virusdan həyatını itirib

Source: Meydan TV


18 nəfər virusdan həyatını itirib

Azərbaycanda koronavirusa 1 333 yeni yoluxma qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, virusa yoluxmuş 269 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib.

Ölkədə bu günə kimi ümumilikdə 248 307 nəfər koronavirusa yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 11 567 nəfərdir.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa yoluxma sayı 1300-ü keçib