Azərbaycanda koronavirusa yoluxma 2 mini keçdi

Operativ Qərargah Azərbaycanda indiyə qədər 357 058 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib

Source: Meydan TV


11 nəfərin vəfat etdiyi bildirilir

Avqustun 11-də Azərbaycanda 2396 adam COVID-19 infeksiyasına yoluxub, 674 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu gün analiz nümunələri müsbət çıxan 11 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 357 058 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 15518 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddətdə isə 4 147 588 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa yoluxma 2 mini keçdi