4 nəfər həyatını itirib
Oktyabrın 14-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bir gün əvvəl ölkədə koronavirusa yoluxma sayı 277 idi. Baş nazirin imzaladığı qərarla Sabirabad və Şəki şəhərləri və ümumilikdə 5 kənd karantinə alınıb, giriş-çıxış qadağan
edilib
.
Hazırkı dövrədək Azərbaycanda 42 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 564 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 193 min 870 test aparılıb. Bugünkü test sayı isə 6 734-dir.