Azərbaycanda koronavirusa yoluxanların sayı artıb

“Bugünkü test sayı isə 14593-dür”.

Foto: Meydan TV


2595 nəfərin analizi pozitiv çıxıb

Aprelin 7-də Azərbaycanda 2595 nəfər COVİD-19 infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 1073 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 37 nəfərin vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 276 min 464 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 244 min 540 nəfər müalicə olunaraq sağalıb, 3780 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 28144 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 2 milyon 963 min 12 testin aparıldığı deyilir: "Bugünkü test sayı isə 14593-dür".

Qərargah son sutkada koronavirus əleyhinə 43 499 vaksin vurulduğunu bildirib: "Vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa yoluxanların sayı artıb