Azərbaycanda koronavirusa yoluxanların sayı 9200-ü keçdi

Daha 5 nəfər koronavirusdan ölüb

Source: Архив


Daha 5 nəfər koronavirusdan ölüb

Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 9 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa yoluxanların sayı 9200-ü keçdi