Azərbaycanda koronavirusa yoluxanların sayı 5 mini keçdi

Source: Meydan Tv

“21 xəstə vəfat edib”

Fevralın 1-də Azərbaycanda 5223 adam COVID-19 infeksiyasına yoluxub, 2319 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 21 xəstənin vəfat ediyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyədək 663 min 693 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 627 min 342 nəfər müalicə olunaraq sağalıb, 8755 pasiyent ölüb. Aktiv xəstə sayı 27 min 596 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 945, bu günə qədər isə 6 milyon 172 min 333 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa yoluxanların sayı 5 mini keçdi