Azərbaycanda koronavirusa yoluxan daha iki nəfər ölüb

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat edib.

Source: Reuters


Ölkədə yeni 67 koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycanda 67 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.


Nazirlər Kabineti

yanında Operativ Qərargahın məlumatına görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat edib.

Bununla da koronavirusa yoluxmadan ölənlərin sayı 28 nəfərə çatıb.

Hazırkı dövrədək Azərbaycanda 2 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 536 nəfər müalicə olunaraq sağalıb, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169 790 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxan daha iki nəfər ölüb