Ölkədə 33 yeni koronavirusa yoluxma faktı qeydə alınıb
Nazirlər Kabineti
yanında Operativ Qərargahın məlumatına görə, aprelin 27-də Azərbaycanda koronavirusa yoluxması faktı müəyyən edilən daha bir nəfər ölüb.
Məlumata görə, vəfat edən 1960-cl il təvəllüdlü olub.
Ölkədə 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq evə buraxılıb.
Operativ Qərargah bildirib ki, Azərbaycanda 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər ölüb, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:
“Onlardan 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128 min 807 testin aparıldığı qeyd edilib.