"142 nəfər yoluxub, 6 nəfər vəfat edib"
Yanvarın 29-da Azərbaycanda 142 adam COVİD-19 infeksiyasına yoluxub, 399 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 6 nəfərin öldüyü qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 229 min 935 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 222 min 553 nəfər müalicə olunaraq sağalıb, 3119 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4263 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 394 min 476 testin aparıldığını vurğulayıb: “Bugünkü test sayı isə 7342-dir”.