Azərbaycanda koronavirusa infeksiyasına yoluxma faktı aşağı düşüb

Əvvəlki günlərdə koronavirusa yoluxma sayı 500-dən yuxarı idi.

Source: Архив


Bir gündə 471 nəfərdə infeksiya aşkarlanıb, 7 nəfər ölüb

İyulun 17-də Azərbaycanda 471 adam COVİD-19 infeksiyasına yoluxub, 549 nəfər müalicə olunaraq evə buraxılıb, 7 xəstə isə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda indiyə qədər 26 min 636 nəfərin yeni koronavirusa yoluxduğunu bildirib:

“Onlardan 17 min 805 nəfər müalicə olunaraq sağalıb, 341 pasient isə ölüb. Aktiv xəstə sayı 8490 nəfərdir”.

Operativ qərargah ötən müddətdə 610 min 523 testin aparıldığını qeyd edib:

“Bugünkü test sayı isə 9023-dür”.

Əvvəlki günlərdə koronavirusa yoluxma sayı 500-dən yuxarı idi.

Ana səhifəSosialAzərbaycanda koronavirusa infeksiyasına yoluxma faktı aşağı düşüb