15 nəfərin vəfat etdiyi bildirilir
Oktyabrın 19-da Azərbaycanda 2102 adam COVID-19 infeksiyasına yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 15 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 505 554 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 pasiyent ölüb. Aktiv xəstə sayı 19086 nəfərdir".
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, ötən müddətdə isə 5 044 744 testin aparıldığı göstərilib.