Azərbaycanda koronavirusa 808 adam yoluxub

Foto: Meydan TV

“11 xəstə vəfat edib”

Yanvarın 16-da Azərbaycanda 808 adam COVID-19 infeksiyasına yoluxub, 369 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 11 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyədək 625 min 726 nəfər yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 608 min 514 nəfər müalicə olunaraq sağalıb, 8 min 521 pasiyent ölüb. Aktiv xəstə sayı 8 691 nəfərdir”.

Son sutka ərzində 9 min 340, hazırkı dövrədək isə 6 milyon 6 min 500 testin aparıldığı göstərlib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 808 adam yoluxub