Azərbaycanda koronavirusa 684 adam yoluxub

“Aktiv xəstə sayı 15 min 918 nəfərdir”.

Foto: Meydan.TV


"16 xəstə vəfat edib"

Oktyabrın 2-də Azərbaycanda 684 adam COVID-19 infeksiyasına yoluxub, 2060 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 16 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 485 min 275 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 462 min 798 nəfər müalicə olunaraq sağalıb, 6 min 559pasiyent ölüb. Aktiv xəstə sayı 15 min 918 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 832, bu günə qədər isə 4 milyon 878 min 405 testin icra olunduğu vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 684 adam yoluxub