Azərbaycanda koronavirusa 60 yeni yoluxma

“Hazırda aktiv xəstə sayı 1099 nəfərdir”.

Source: Meydan TV


2 nəfərin vəfat etdiyi bildirilir

İyunun 18-də Azərbaycanda 60 adam COVID-19 infeksiyasına yoluxub, 148 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxa 2 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 399 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1099 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, ötən müddətdə isə 3 661 027 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 60 yeni yoluxma