Azərbaycanda koronavirusa 1681 adam yoluxub

“Aktiv xəstə sayı 15 926 nəfərdir”.

Source: Meydan TV


"12 xəstə vəfat edib"

Oktyabrın 16-da Azərbaycanda 1681 adam COVID-19 infeksiyasına yoluxub, 675 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 12 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 500 311 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 pasiyent ölüb. Aktiv xəstə sayı 15 926 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, bu günə qədər isə ümumilikdə 5 014 141 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 1681 adam yoluxub