5 xəstə vəfat edib
Avqustun 7-də Azərbaycanda 1289 adam COVID-19 infeksiyasına yoluxub, 409 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 350 605 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 10 882 nəfərdir".
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, bu günə qədər isə 4 107 190 testin icra olunduğunu göstərilib.