Azərbaycanda koronavirusa 1265 adam yoluxub

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, bu günə qədər isə 4 979 535 testin icra olunduğu qeyd edilib

Source: Meydan TV


"17 xəstə vəfat edib"

Oktyabrın 13-də Azərbaycanda 1265 adam COVID-19 infeksiyasına yoluxub, 868 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 17 xəstənin vəfat etdiyi vurğulanıb.

Operativ Qəragah Azərbaycanda indiyə qədər 495 332 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib: "Onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 pasiyent ölüb. Aktiv xəstə sayı 13 241 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, bu günə qədər isə 4 979 535 testin icra olunduğu qeyd edilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 1265 adam yoluxub