Azərbaycanda koronavirusa 125 yeni yoluxma

“Bugünkü test sayı isə 4205-dir”.

Foto: Meydan TV


3 nəfərin vəfat etdiyi bildirilir

Martın 1-də Azərbaycanda 125 adam COVİD-19 infeksiyasına yoluxub, 71 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda testi müsbət çıxan 3 nəfərin öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 234 min 662 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 228 min 839 nəfər müalicə olunaraq sağalıb, 3223 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2600 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 602 min 884 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 4205-dir".

Ana səhifəSosialAzərbaycanda koronavirusa 125 yeni yoluxma