Azərbaycanda koronavirusa 121 yeni yoluxma faktı qeydə alınıb

Operativ Qərargah infeksiyaya yoluxanlardan 29 nəfərinin vəziyyətinin ağır, 38 nəfərinin orta ağır, digərlərinin isə sabit olduğunu qeyd edib.

Source: Архив


44 nəfər sağalıb

Azərbaycanda mayın 14-də koronavirus infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb.


Məlumatı

Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, 44 nəfər müalicə olunaraq evə buraxılıb.

Azərbaycanda hazırda 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər ölüb, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Operativ Qərargah infeksiyaya yoluxanlardan 29 nəfərinin vəziyyətinin ağır, 38 nəfərinin orta ağır, digərlərinin isə sabit olduğunu qeyd edib.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214 min 291 testin aparıldığı bildirilib.

Ana səhifəSosialAzərbaycanda koronavirusa 121 yeni yoluxma faktı qeydə alınıb