“Azərbaycanda koronavirus testlərinin qiyməti aşağı salınmalıdır”.

Spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisdə bununla bağlı iki dəfə dinləmə keçirilib: və ehtiyac olsa, növbəti dəfə dinləmə keçirilə bilər

Source: google.az


Deputatlar növbəti dəfə koronavirus testindən keçiriləcəklər

“Koronavirus xəstələri ilə bağlı xəstəxanalarda yerlərin olmaması, dərman çatışmazlığı, testlərin qiyməti və digər məsələlərlə bağlı cəmiyyətdə suallar var”.

Milli Məclisin dekabrın 22-də keçirilən plenar iclasında çıxışı zamanı deputat Əli Məsimli belə deyib.

Deputat təklif edib ki, cəmiyyət tərəfindən müsbət qəbul olunan tibb sahəsindəki şəxsləri və aidiyyəti qurumları da cəlb etməklə parlamentdə dinləmələr keçirilməli, bu suallara aydınlıq gətirilməlidir.

Əli Məsimli vurğulayıb ki, Azərbaycanda testlərin qiyməti MDB-yə üzv ölkələrin xeyli hissəsindən yüksəkdir:

“Buna yenidən baxılmalı, testlərin qiyməti aşağı salınmalıdır”.

Spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisdə bununla bağlı iki dəfə dinləmə keçirilib: və ehtiyac olsa, növbəti dəfə dinləmə keçirilə bilər”.

Milli Məclisin sədri bildirib ki, büdcə zərfi dünən Milli Məclisə daxil olub və sabah komitələrdə müzakirə ediləcək:

“Sabah saat 09.00-dan başlayaraq bütün deputatlar koronavirus testindən keçməlidir. Növbəti iclasımız dekabrın 24-də olacaq”.

İclasda üçüncü oxunuşda müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bundan sonra orta sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Əvvəlki qanuna görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Dəyişikliyə əsasən, bu sıraya orta sahibkarlıq subyektləri də əlavə edilir.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı" təsis olunması barədə layihəyə müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

“Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” qanun layihəsi də təsdiqlənib.

2001-ci il yanvarın 1-dən qüvvədə olan “Şərti maliyyə vahidi haqqında” qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edirdi və şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilmişdi.

Qanunun ləğvi ilə əlaqdar bir çox qanunlara dəyişiklik edilib və şərti maliyyə vahidi ilə müəyyən edilən məbləğlər konkret rəqəmlərlə əvəz edilib.

Ana səhifəSosial“Azərbaycanda koronavirus testlərinin qiyməti aşağı salınmalıdır”.