Azərbaycanda koronavirus: Ölüm faktı qeydə alınmayıb

“Bugünkü test sayı isə 8515-dir”.

Source: Meydan TV


"Hazırda aktiv xəstə sayı 1920 nəfərdir"

İyulun 11-də Azərbaycanda 73 adam COVİD-19 infeksiyasına yoluxub, 287 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bu gün koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 min 65 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 328 min 194 nəfər müalicə olunaraq sağalıb, 4951 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1920 nəfərdir".

Qərargah ötən müddətdə 3 milyon 606 min 364 testin aparıldığını göstərib:

"Bugünkü test sayı isə 8515-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: Ölüm faktı qeydə alınmayıb