Azərbaycanda koronavirus: bir gündə 527 yoluxma

8 nəfərin virusdan həyatını itirdiyi deyilir

Source: Архив


8 nəfərin virusdan həyatını itirdiyi deyilir

Oktyabrın 26-da Azərbaycanda 527 nəfər koronavirusa yoluxub, 8 xəstə vəfat edib, 131 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

"İndiyədək Azərbaycanda 50 min 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib", – məlumatda bildirilir.

Aktiv xəstə sayı 8 397 nəfərdir.

Azərbaycanda ötən müddət ərzində 1 milyon 298 min 348 koronavirus testi aparılıb: "Bugünkü test sayı isə 6 814-dir".

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: bir gündə 527 yoluxma