Azərbaycanda koronavirus: aktiv xəstə sayı 1898 nəfərdir

“Bugünkü test sayı isə 5898-dir”.

Source: google


117 nəfər yoluxub, 135 nəfər sağalıb

Sentyabrın 18-də Azərbaycanda COVİD-19 infeksiyasından 1 xəstə ölüb, 117 adam yoluxub, 135 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 38 min 894 adamın yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 36 min 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib. Aktiv xəstə sayı 1898 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 1 milyon 41 min 184 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 5898-dir".

Ana səhifəSosialAzərbaycanda koronavirus: aktiv xəstə sayı 1898 nəfərdir