"Hazırda aktiv xəstə sayı 1006 nəfərdir"
İyulun 4-də Azərbaycan 99 adam COVID-19 infeksiyasına yoluxub, 53 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün 1 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyədək 336 417 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 330 433 nəfər müalicə olunaraq sağalıb, 4978 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1006 nəfərdir".
O cümlədən, son sutkada 8 679, hazırkı dövrədək isə 3 787 089 testin aparıldığı vurğulanıb.