Azərbaycanda koronavirus: 980 yeni yoluxma

12 nəfərin vəfat etdiyi açıqlanıb

Source: Meydan TV


12 nəfərin vəfat etdiyi açıqlanıb

Azərbaycanda koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə martın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İndiyədək ölkədə ümumilikdə 241 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 olub".

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, bu günə qədər isə ümumilikdə 2 726 470 test icra olunub.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 980 yeni yoluxma