“Aktiv xəstə sayı 65 nəfərdir”
Mayın 13-də Azərbaycanda 9 nəfər COVID-19 infeksiyasına yoluxub, 7 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 664 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 65 nəfərdir”.
Son sutkada 2 658, hazırkı dövrədək isə 6 847 892 testin aparıldığı göstərilib.