Azərbaycanda koronavirus: 844 yoluxma, 18 ölüm

“Bugünkü test sayı isə 10717-dir”.

Source: Meydan TV


Operativ Qərargah: "2057 nəfər sağalıb"

Mayın 6-da Azərbaycanda 844 adam COVİD-19 infeksiyasına yoluxub, 2057 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 324 min 685 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 301 min 6 nəfər müalicə olunaraq sağalıb, 4635 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 19044 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 300 min 581 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 10717-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 844 yoluxma, 18 ölüm