Azərbaycanda koronavirus: 826 yoluxma

“Aktiv xəstə sayı 13 min 562 nəfərdir”.

Source: Meydan TV


"15 xəstə vəfat edib"

Oktyabrın 5-də Azərbaycanda 826 adam COVİD-19 infeksiyasına yoluxub, 1597 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 15 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda 487 min 204 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 467 min 043 nəfər müalicə olunaraq sağalıb, 6599 pasiyent ölüb. Aktiv xəstə sayı 13 min 562 nəfərdir".

O cümlədən, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 201, ümumilikdə isə 4 milyon 902 min 328 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 826 yoluxma