“Vəfat edən olmayıb”
Mayın 6-da Azərbaycanda 8 nəfər COVID-19 infeksiyasına yoluxub, 7 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 607 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 52 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 556, bu günə qədər isə 6 829 482 testin icra olunduğu göstərilib.